3 May - Milli Bayram münasibətilə rəsmi qəbul
06.05.2026
5 may 2026-cı il tarixində Polşa Respublikasının Bakıdakı Səfirliyi 3 May - Milli Bayram münasibətilə rəsmi qəbul təşkil etmişdir. Tədbirin fəxri qonağı Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini cənab Fariz Rzayev olmuşdur. Qəbulda diplomatik korpusun nümayəndələri, Azərbaycanın elmi və mədəniyyət müəssisələrinin təmsilçiləri, analitik mərkəzlərin və media qurumlarının nümayəndələri, həmçinin Bakıda yaşayan Polşa icmasının üzvləri və Polşa vətəndaşları iştirak etmişlər.
Öz çıxışında Səfir Pavel Radomski Polşa ilə Azərbaycan arasında münasibətlərin əhəmiyyətini vurğulamış və Polşa tərəfinin Bakının Avropa İttifaqı ilə əməkdaşlığa göstərdiyi marağı məmnunluqla qarşıladığını qeyd etmişdir. O, həmçinin Rusiyanın Avropa üçün yaratdığı təhlükələrə, eləcə də Polşanın davam edən Rusiya təcavüzü şəraitində Ukraynaya göstərdiyi dəstəyə toxunmuşdur.
Tədbir Azərbaycan simli orkestrinin ifasında Friderik Şopenin əsərlərinin aranjimanlarından ibarət konsertlə açılmışdır. Qəbul zamanı Polşanın tarixi, incəsənəti, folkloru və təbii gözəlliklərinə həsr olunmuş rəsm sərgisi də nümayiş etdirilmişdir