Paweł Radomski
Polşa Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri
Paweł Radomski 1995-ci ildə Polşa Respublikasının Xarici İşlər Nazirliyində fəaliyyətə başlamışdır.
Hazırkı vəzifəsinə təyin olunmazdan əvvəl Polşa Respublikasının Xarici İşlər Nazirliyinin Qlobal Məsələlər Departamentinin direktoru vəzifəsində çalışmışdır. 2014–2020-ci illərdə Polşa Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Nyu-Yorkdakı Daimi Nümayəndəliyində Daimi Nümayəndənin müavini vəzifəsini icra etmişdir. Bundan əvvəl o, 2005–2010-cu illərdə Polşa Respublikasının Vaşinqtondakı Səfirliyində, 1998–2002-ci illərdə isə Polşa Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Nyu-Yorkdakı Daimi Nümayəndəliyində çalışmışdır.