In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

Azərbaycan

21 fevral 1992 ildə Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələr qurulmuşdur.

Siyasi əməkdaşlıq

Tarixi təsvir

21 fevral 1992 ildə Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələr qurulmuşdur.

Polşa Respublikasının Hökuməti Azərbaycan Respublikasını dövlət olaraq tanıyıb və 1991-ci il 27 dekabr tarixli qərarı ilə dövlətlərarası münasibətlərin qurulmasına hazır olduğunu bildirdi.

Bir aydan az olmayaraq, 1992-ci il yanvarın 24-də Polşa Respublikasının Xarici İşlər Naziri Cənab Kristof Skubişevski Azərbaycan diplomatiyasının rəhbəri Hüseyn Sadıqova müvafiq nota göndərdi. Cavab yalnız 21 fevral 1992-ci ildə gəldi (Polşa Respublikasının təklifinə əsasən,nota cavab ilə birlikdə diplomatik əlaqələrin qurulması haqqında saziş sayılır).

Polşa Respublikasının səfirliyi 1998-ci ildə açıldı. O vaxta qədər Azərbaycana Polşa Respublikasının Səfiri Ankara şəhərində akreditə olunmuşdu. 2004-cü ildən etibarən Polşa Respublikasının Bakıdakı səfirliyi cari yerində, yəni tarixi köhnə şəhər İçəri Şəhərdə yerləşən qərargahına malikdir.

Müasir Polşa Respublikası dövründə siyasi əməkdaşlıq

Azərbaycanla siyasi əlaqələrin dinamikası Mərhum Prezident Lex Kaçinskinın  prezidentlik dövrünə düşür. Bundan yanaşı, dövlət başçılarının  daimi  rəsmi səfərləri olub. 2010-2015-ci illərdə ikitərəfli münasibətlərdə durğunluq var idi. Yüksək keyfiyyətli siyasi dialoqun bərpa olunması 2015-ci ildə başlayıb. Həmin vaxtdan bəri Azərbaycanın Prezidenti iki dəfə Polşanı ziyarət etdi (2015 - NATO sammiti 2017 - iş ziyarəti), Polşa Prezidenti Azərbaycana 2019 ildə  səfər edəcək.  Polşa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, həmçinin Şərq Tərəfdaşlığına qoşulmaq baxımından, avro-atlantik inteqrasiyasını təbliğ etməyə çalışır.

İqtisadi əməkdaşlıq

Ən böyük rifah illərində Azərbaycanla ticarət oborotu 150 milyon ABŞ dollarını keçib. Hazırda bu, 100-ə yaxın ABŞ dolları səviyyəsindədir - ikitərəfli ticarət əməkdaşlığını rekord səviyyəyə çatdırmaq üçün, hər iki ölkə iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çalışır. Həm sənədlər hazırlanmış, həm də hər iki ölkədə fəaliyyət göstərən kommersiya ofisləri bu məqsədə xidmət etməlidirlər. Nəqliyyat əməkdaşlığı xüsusi bir  əhəmiyyət daşıyır, lakin tikinti, kənd təsərrüfatı, əczaçılıq, turizm, və  enerji sahəsində əməkdaşlıq dəstəklənir.

Polşa İnvestisiya və Ticarət Agentliyinin (PİTA) - Bakıdakı Ticarət Nümayəndəliyi

Mədəni əməkdaşlıq

Polşa Respublikasının Bakıdakı səfirliyi tərəfindən həyata keçirilən mədəni əməkdaşlıq əsasən Azərbaycanda Polşa mədəniyyətinin təbliği ilə məşğuldur. Bu, Bakıda keçirilən tematik tədbirlər, Aİ çərçivəsində mədəni əməkdaşlıq və təhsil səfərləri ilə həyata keçirilir.  Polşanın Azərbaycanın mədəniyyətinə töhfəsi Polşa arxitektorlarının irsi, eləcə də musiqi və sənətdə qarşılıqlı ilhamlarla görünür.  Mədəniyyət əməkdaşlığı ilə maraqlanan şəxslər baku.amb.sekretariat@msz.gov.pl ünvanına müraciət edə bilərlər.

Elmi əməkdaşlıq

Elmi əməkdaşlıq müxtəlif sahələrdə Polşa Respublikasının Bakıdakı səfirliyi tərəfindən həyata keçirilir. Səfirlik Polşadan göndərilən müəllimlər tərəfindən Polyak dilinin tədrisi, Azərbaycanlı tələbələr üçün  Polşa universitetlərinin açılması, təqaüd proqramları və təhsil səfərləri ilə məşğul olur. Səfirlik yerli universitetlərlə əməkdaşlıq qurmağı və Polşa tərəfdaşları ilə əlaqələrini dəstəkləməyə çalışır.  Elmi əməkdaşlığla, o cümlədən Azərbaycanda təhsil ilə maraqlanan  şəxslər baku.amb.sekretariat@msz.gov.pl ünvanına müraciət edə bilərlər.

Təhsilin tanınması

Bu məsələ ilə bağlı ətraflı məlumatı www.nawa.gov.pl ünvanından əldə edə bilərsiniz.

{"register":{"columns":[]}}