35 illik yubileyinə həsr olunmuş film nümayişi - Veymar üçbucağının yaradılması
01.09.2026
29 avqust 2026-cı il tarixində Polşa Respublikasının Bakıdakı Səfirliyi Fransa və Almaniya Səfirlikləri ilə birgə Veymar üçbucağının yaradılmasının 35-ci ildönümünə həsr olunmuş film nümayişi təşkil edib. Tədbir Veymar üçbucağının üç ölkə arasında dialoq və əməkdaşlıq üçün mühüm platforma kimi əhəmiyyətini, eləcə də Avropa birliyinin möhkəmləndirilməsinə verdiyi töhfəni vurğulamaq üçün əla fürsət olub.
Bakıdakı Kapellhausda keçirilən nümayiş çərçivəsində iki qısametrajlı film təqdim olunub. İlk film Maqdalena Şımkuvun rejissoru olduğu “Mənim evim” (“My House Without Me”) filmi olub. Film İkinci Dünya müharibəsindən sonra əhalinin məcburi köçürülməsi və miqrasiya tarixini, taleləri Şetsində bir-biri ilə kəsişən iki qadının – bir polyak və bir almanın perspektivindən nəql edir.
Nümayiş etdirilən ikinci film Fransa-Almaniya birgə istehsalı olan, M. Azzopardinin və A. Guedry-Degeorgesin rejissorluğu ilə çəkilmiş “Avant-garde” filmi olub. Bu, Şengen müqaviləsindən əvvəlki dövrdə Fransa-Almaniya sərhəd-keçid məntəqəsində baş verən və həddindən artıq ciddi sərhəd nəzarəti ilə bağlı hadisələri əks etdirən komediyadır.
Veymar üçbucağı 1991-ci ilin avqust ayında Veymar şəhərində Polşa, Fransa və Almaniyanın o dövrdəki xarici işlər nazirləri tərəfindən yaradılıb. Təşəbbüsün əsas məqsədləri sırasında Avropaya inteqrasiyanın, təhlükəsizliyin və üç ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi dayanır.
“Mənim evim” (“My House Without Me”) filmi Maqdalena Şımkuv tərəfindən rejissor kimi ərsəyə gətirilib. Filmin prodüseri və müəllif hüquqlarının sahibi Wajda Studio-dur. Film rejissorlar Andjey Vayda və Voytsex Marçevski tərəfindən yaradılmış Vayda Film Məktəbində hazırlanıb.