In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

Azərbaycan neft-qaz sənayesinin banilərindən biri Vitold Zqlenitskinin həyatına dair kitabın azərbaycanca nəşri

20.02.2024

20 fevral 2024-cü ildə Milli Azərbaycan Tarixi Muzeyində müəllifi Andjey Xodubskinin olduğu "Mədənçi, geoloq Vitold Zqlenitski (1850-1904). Polşalı Nobel" adlı kitabın təqdimatı baş tutdu.

Azərbaycan neft-qaz sənayesinin banilərindən biri Vitold Zqlenitskinin həyatına dair kitabın azərbaycanca nəşri

Tədbir Polşa Respublikasının Bakıdakı Səfirliyi və Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə təşkil olunub. Bu kitab prof. Andjey Xodubskinin, 2011-ci ildə Plotsk Elmi Cəmiyyəti tərəfindən eyni başlıq altında nəşr edilmiş azərbaycanca tərcüməsidir. Azərbaycan dili versiyası Səfirliyin təşəbbüsüdür və onun tərəfindən maliyyələşdirilib. Kitabda neftin çıxarılması üsullarını modernləşdirən və onu dənizin dibindən çıxarmaq ideyasını irəli sürən, neft sahələrini müəyyənləşdirərək, onların bolluğunu müəyyən etmiş, həmçinin Abşeron yarımadasının ilk geoloji xəritəsini tərtib etmiş polşalı mühəndis Vitold Zqlenitskinin həyatından bəhs edir.

Tədbirdə Polşa Respublikasının Azərbaycandakı Səfiri Rafal Poborski və Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akad. Nailə Vəlixanlı çıxış etdilər. Kitabın təqdimatını Azərbaycan Elmlər Akademiyasının Xarici Əməkdaşlıq Şöbəsinin direktor müavini, elmlər doktoru Samir Səttarov etdi, O, həmçinin kitabı azərbaycan dilinə tərcümə edib.

Tədbirdə Azərbaycanın elm və mədəniyyət müəssisələrinin, ali məktəblərin nümayəndələri, KİV nümayəndələri və Bakıdakı Polşa icmasının üzvləri də iştirak etdilər. Kitabın təqdimatı çərçivəsində görüş iştirakçılarına nəşrin pulsuz nüsxələri təqdim olunub.

Kitabın elektron versiyasını aşağıdakı linkdən yükləmək olar.

Materiały

Mədənçi, geoloq Vitold Zqlenitski (1850-1904). Polşalı Nobel
Mədənçi,​_geoloq​_Vitold​_Zqlenitski​_(1850-1904)​_Polşalı​_Nobel.pdf 94.69MB

Zdjęcia (9)

{"register":{"columns":[]}}