In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

“Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” Tvinninq layihəsinə start verildi

03.03.2023

Martın 3-də Bakıda “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” Tvinninq layihəsinin təqdimat mərasimi keçirilib.

Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi - tvinninq layihəsinin açılışı olub (Bakı, 3.03.2023)

Bu il martın 3-də Bakıda Polşa Respublikasının İnfrastruktur Nazirinin Müavini Andjey Bittel Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev ilə birlikdə “Increasing Road Safety in Azerbaijan” adlı Polşa-Litva tərəfindən yeni tvinninq layihəsinin icrasının açılışını elan etdilər. Polşanın Avropa İttifaqının Nəqliyyat Layihələri Mərkəzi (aparıcı qurum) və Litvanın Nəqliyyat Təhlükəsizliyi Administrasiyası tərəfindən Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (layihənin benefisiarı) ilə birgə Azərbaycanda yol təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş Avropa İttifaqı tərəfindən maliyyələşdirilən 2 illik layihə həyata keçiriləcək.

Məqsəd ölüm və ya ağır sağlamlıq xəsarətləri və sosial-iqtisadi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin azaldılmasına töhfə vermək, Azərbaycanda yol hərəkəti təhlükəsizliyi məsələlərini daha yaxşı idarə etmək və əlaqələndirmək üçün aidiyyəti dövlət qurumlarının və digər maraqlı tərəflərin hüquqi və institusional imkanlarını, kadr potensialını təkmilləşdirməkdir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında cənab Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində yol hərəkəti təhlükəsizliyinin artırılması və yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib. Qeyd edilib ki, dövlətimizin səylərinə baxmayaraq, hələ də ölkədə hər 100 min avtomobil sayına münasibətdə yol qəzalarında ölüm sayı çoxdur. Bu da ölkəmizin sosial-iqtisadi inkişafı ilə uyğunluq təşkil etmir. Rəşad Nəbiyev əlavə edib ki, bu istiqamətdə irəliləyişə nail olmaq üçün cənab Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” icra olunmaqdadır.

Bu gün təqdimatını etdiyimiz “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” Tvinninq layihəsi də əslində Dövlət Proqramının bir sıra müddəalarını əhatə edir. Layihə Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair məsələlərin daha yaxşı idarə olunması, əlaqələndirilməsi və həll edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu vacib layihəni maliyyələşdirdiyinə görə Avropa İttifaqına təşəkkür edirəm, – deyə Rəşad Nəbiyev vurğulayıb.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Polşa və Litva respublikalarının Azərbaycandakı səfirliklərinin nümayəndələri təqdimatla çıxış ediblər. Layihənin əhatə dairəsi tvinninq üzrə rezident məsləhətçi və Polşa və Litvanın ekspertləri tərəfindən təqdim olunub.

Bugünkü konfrans layihənin rəmzi başlanğıcıdır, layihə hazırda icra mərhələsindədir. Biz artıq əsas benefisiarımız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, digər əsas maraqlı tərəflər və Aİ-nin Azərbaycandakı Nümayəndəliyi ilə yaxşı əməkdaşlıq münasibətimizi qürurla qeyd edə bilərik. Yol hərəkətinin təhlükəsizliyi Polşa İnfrastruktur Nazirliyi üçün də ən yüksək prioritetdir və bu istiqamətdə davamlı monitorinq, qiymətləndirmə və təkmilləşdirmə işləri aparılır, – Polşa Respublikasının infrastruktur nazirinin müavini cənab Andrzej Bittel vurğulayıb.

Bu gün start götürən layihənin əhəmiyyəti Azərbaycanın hüdudlarından kənara çıxır və Azərbaycanla nəqliyyat və logistika sahəsində əməkdaşlıqda maraqlı olan bütün ölkələr üçün önəmlidir. Polşa da o ölkələrdən biridir və bu gün başladığımız layihə buna ən yaxşı sübutdur. Ümidvaram ki, bu layihənin həyata keçirilməsi Azərbaycanda yol təhlükəsizliyinin yaxşılaşdırılmasına kömək edəcək və beləliklə, Azərbaycandan keçən avtomobil nəqliyyatı marşrutlarının tutumuna və nəqliyyatın dayanıqlığına müsbət təsir göstərəcək, – Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski deyib.

Bugünkü toplantıda vurğulamaq istəyərdim ki, Aİ Nəqliyyat Layihələri Mərkəzi (CEUTP) və layihənin bütün tərəfdaşları yol təhlükəsizliyinin hüquqi aspektləri, texnologiya, tətbiqetmə və sonuncu, lakin ən önəmli olan təhsil sahələrində ən yaxşı təcrübə və töhfə verməyə qərarlıdırlar. Hər birimiz razılaşa bilərik ki, yol təhlükəsizliyi uşaq bağçası və ibtidai məktəb səviyyəsində düzgün istifadəçi təhsilindən başlayır, – CEUTP-nin direktoru Yoanna Lex əlavə edib.

Polşa və Litvadan olan ekspertlər qrupu məktəblər üçün düzgün yol hərəkəti təhlükəsizliyi üzrə təhsil proqramının hazırlanmasında, yol hərəkəti təhlükəsizliyinin bütün iştirakçıları və maraqlı tərəflər üçün lazım olan əsas bacarıqların müəyyən edilməsində və nəhayət, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dəstək məqsədilə bütün lazımi bacarıqları bir araya gətirir, xüsusi yol təhlükəsizliyi kampaniyasını hazırlamağa və həyata keçirməyə kömək edir. Bütün bunlar layihənin Azərbaycanda yol təhlükəsizliyi strategiyasında dərin kök salan əsas məqsədlərinə çatmağa yönəldilib, – Litva Nəqliyyat Təhlükəsizliyi İdarəsi, üzv dövlətin kiçik tərəfdaş layihə rəhbəri Yustas Raşomaviçus deyib.

Layihənin açılışı həmçinin Polşa-Azərbaycan Nəqliyyat və Logistika üzrə İşçi Qrupunun ikinci iclası ilə müşayiət olunub və burada iki ölkə arasında bu sahədə əməkdaşlığın cari məsələləri müzakirə olunub.

Wideo

Zdjęcia (10)

{"register":{"columns":[]}}