Polşa müəlliflərinin yaradıcılığı Bakıda keçirilən Uşaq Kitabları Festivalında təqdim olunub
19.05.2026
Polşa Respublikasının Bakıdakı Səfirliyinin nümayəndələri 13-17 may 2026-cı il tarixlərində keçirilən V Uşaq Kitabları Festivalında iştirak ediblər. Festival həm ən gənc oxucuların, həm də təqdim olunan nəşrlərlə tanış olan valideynlərin böyük marağına səbəb olub.
Festival çərçivəsində müxtəlif nəşriyyatlar ayrı-ayrı ölkələrin ədəbiyyatını və mədəniyyətini təqdim ediblər. Polşanı Azərbaycan dilində Justyna Bednarekın iki kitabını nəşr etmiş “Libra Kitab” nəşriyyatı təmsil edib. Ziyarətçilərin xüsusi marağına müəllifin “On corabın inanılmaz macəraları” silsiləsinin ikinci hissəsi səbəb olub.
Polşa Respublikasının Bakıdakı Səfirliyinin nümayəndələri Polşa uşaq ədəbiyyatının tanıdılmasını fəal şəkildə dəstəkləyərək festival iştirakçılarına polşalı müəllif və illüstratorların yaradıcılığını təqdim ediblər. Justyna Bednarek-in kitabları ilə yanaşı, ziyarətçilər həmçinin uşaqlar və yeniyetmələr üçün komikslərin ən məşhur polyak müəlliflərindən biri olan Henryk Jerzy Chmielewskinin yaradıcılığı ilə də tanış olmaq imkanı əldə ediblər.