Polşa Respublikasının Bakıdakı Səfirliyi rejissor Stanislav Tiunovun çəkdiyi Ukraynanın "Buça” filminin nümayişini təşkil edib
05.03.2026
Tədbir 4 mart 2026-cı il tarixində Ukraynanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünün dördüncü ildönümü və Buçada mülki əhaliyə qarşı törədilmiş cinayətlərin dördüncü ildönümü münasibətilə keçirilib.

Filmin nümayişində diplomatik korpusun, media nümayəndələrinin, həmçinin Bakıda yaşayan Polşa icmasının və yerli Ukrayna diasporunun çoxsaylı təmsilçiləri iştirak ediblər. Tədbiri Polşa Respublikasının Səfirliyinin Müvəqqəti İşlər Vəkili cənab Andrzej Knop və Ukraynanın Azərbaycandakı Səfiri cənab Yuri Husyev açıb.
Tədbirin xüsusi qonağı “Buça” filminin musiqisinin müəllifi olan azərbaycanlı bəstəkar İsa Melikov olub. O, filmin yaradılması üzərində işləyərkən qazandığı təcrübələri və layihənin həyata keçirilməsindəki iştirakını tədbir iştirakçıları ilə bölüşüb.
Rusiyanın Ukraynaya qarşı təcavüzünün ilk həftələrində baş vermiş real hadisələrdən ilhamlanan “Buça” filmi Rusiya hərbçilərinin nəzarəti altında qalan ərazilərdə yaşayan ukraynalı mülki şəxslərin taleyindən bəhs edir. Filmdə baş rolu polyak aktyor Cezary Łukaszewicz canlandırıb.