In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

“Qılınc üçün doğulanlar” filminin Azərbaycanda nümayişi

14.06.2021

Sizləri 14-29 iyun tarixlərində Azərbaycanda onlayn formatda keçiriləcək Avropa film festivalı çərçivəsində “Qılınc üçün doğulanlar” filminin nümayişinə dəvət edirik.

“Qılınc üçün doğulanlar”

"Qılınc üçün doğulanlar" - XVII əsr Polşasında cərəyan edən, gənc bir zadəgan və cəngavər Blajey Vronovskinin hekayəsindən bəhs edən sənədli bir filmdir.

Moskva müharibəsi veteranı Yan Yerliç, keçmiş silahdaşı Yejı Vronovskinin təkidi ilə oğlu Blajeyin hərbi təhsilinə başlamaq üçün Vətəninə qayıdır. Bu keçmiş  Reçpospolitada (Polşa-Litva Birliyində) böyüyən gənc bir zadəgan və cəngavərin gözü ilə şərəf, cəsarət və müharibə haqqında bədii hekayədir.

Filmin sənədli hissəsi bu günədək dünyanın ən yaxşı soyuq silahı sayılan və yüksək peşəkarlıq sirrlərinə bürünmüş Polyak qılınc düzəltmə sənətkarlığına və tarixinə kinomatoqraf yanaşması ilə bir səyahətdir. Filmdə dünya səviyyəli mütəxəssislər misilsiz Polşa qılınc yaratma və döyüşdürmə sənətini nümayiş etdirirlər.

Rejissor: Pavel Delonq 
İstehsal: Polşa Kros-Art Assosasiyası, Leydo Film (2019)
 
Film festivalın onlayn platformasındakı keçid üzərindən ödənişsiz nümayişdə olacaqdır (bu il iyunun 14-dən 29-dək):
https://www.festivalscope.com/page/euff-azerbaijan/ 
 
Filmin keçidi:
https://www.festivalscope.com/film/born-for-the-saber/ 
 
Filmin nümayişi ingilis və rus dillərində alt yazılı olmaqla polyakcadır. 

Filmə tamaşa etmək üçün Festivalın platformasında yuxarıda göstərilən keçid vasitəsi ilə qeydiyyatdan keçmək və nümayişə pulsuz bilet rezerv etmək gərəkdir (Biletlərin sayı məhduddur).

Filmin treylerinə aşağıda baxmaq olar.

Wideo

{"register":{"columns":[]}}