In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

Xarici İşlər Nazirliyi Polşa Biznes Limanı Proqramında iştirakını dayındırdığına dair elan.

29.01.2024

Xarici işlər naziri Radoslav Sikorski proqramda iştirak etməyi planlaşdıran şirkətlərin və əcnəbilərin düzgün yoxlanılmasına zəmanət verən həllərin qəbuluna qədər Polşa Xarici İşlər Nazirliyinin Polşa Biznes Limanı Proqramında iştirakını dayandırmaq qərarına gəlib.

MSZ

 

Proqram 2020-ci ilin sentyabrında Belarusdan Polşaya İT mütəxəssisləri və İT şirkətlərini cəlb etmək üçün yaradılıb və daha sonra Gürcüstan, Rusiya, Ukrayna, Moldova, Azərbaycan və Ermənistan kimi ölkələri əhatə edib. 2022-ci ilin sentyabr ayından biznes kimi adlanan yolunun çərçivəsində dünyanın hər yerindən strateji sənayelərdəki şirkətləri əhatə edir. Proqramın fəaliyyət prinsipləri onun operatorları tərəfindən müəyyən edilmişdir: Baş Nazirin Kanselaryası, Polşa İnvestisiya və Ticarət Agentliyi və İnkişaf və Texnologiya Nazirliyi.

Xarici İşlər Nazirliyinin dəyərləndirilməsinə görə Polşa Business Limanı Proqramı gözləntiləri doğrultmayıb. İçtimaiətdə ələxsus aşağıda qeyd olunan məsələlər qaldırılmışdır: proqram çərçivəsində verilmiş vizaların proqram fərziyyələrinə uyğun olmayan məqsədlər üçün istifadəsi ilə bağlı qeydlər yer alıb.

Polşada İT sektorunda işləmək məqsədi ilə müraciət edən əcnəbilər hələ də ümumi şərtlər əsasında viza üçün müraciət edə, və - bütün tələblər yerinə yetirildikdə - onlar Polşa Respublikası ərazisində işləmək hüququ verən viza ala bilərlər.  Yuxarıda qeyd olunanlardan asılı olmayaraq, Xarici İşlər Nazirliyi iqtisadi sektorun, xüsusilə də Polşa iqtisadiyyatına ən çox tələb olunduğu sektorların nümayəndələri üçün viza rejiminin sadələşdirilməsi istiqamətində işlərə başlayacaq.

{"register":{"columns":[]}}