Xəbərlər
-
08.05.2020İkinci Dünya Müharibəsinin bitməsindən 75 il sonra onun qurbanlarını hörmətlə anırıq. 1939-cu ilin sentyabrından 1945-ci ilin mayınadək Avropadakı bütün münaqişə boyu Polşa Millətinin Nasist Almaniyası ilə sarsılmaz mübarizəsini xatırlayırıq.
-
03.05.20203 may 1791-ci ildə Varşavada Polşa Respublikası Seyminin (sonradan Böyük adlandırılan) qəbul etdiyi Konstitusiya Avropada birinci, dünyada isə ikinci müasir Konstitusiya oldu.
-
02.05.20202002-ci ildən bəri Xaricdəki Poloniya və Polyakların Günü Polşa Respublikasının Seymi tərəfindən təsis edilmiş bir dövlət bayramıdır. Bu yolla, əsrlər boyu Polşa müstəqilliyi üçün çalışan, tarixin ən çətin anlarında Polşanı dəstəkləyən və Respublika üçün fəal olduqlarını ifadə edən milyonlarla, ölkəmizdən kənarda yaşayan insanları anırıq.
-
10.04.202010 aprel 2010-cu il tarixində Polşa Respublikasının Prezidenti Lex Kaçınski və Polşa Respublikası Prezidentinin Həyat Yoldaşı Maria Kaçınska ilə birlikdə TU-154M xüsusi təyyarəsi Varşavadan Smolensk şəhərinə uçurdu. Həmin gün Katındakı Polşa Hərbi Qəbiristanlığında dövlət nümayəndə heyəti orada törədilən cinayətin 70 illiyinin anım mərasimində iştirak etməli idi. Təyyarədə 96 nəfər var idi, onların arasında ən yüksək dövlət orqanlarının nümayəndələri, ictimai dairələrin və kilsələrin nümayəndələri, ordu başçıları və təyyarə heyəti. Hamısı Smolensk yaxınlığındakı hava limanına enərkən baş verən təyyarə qəzasında dünyalarını dəyişdilər.
-
26.03.2020Konsulluq və Polşa Diasporası Bölməsi bildirir ki, 30 mart tarixindən etibarən COVİD-19 koronavirus təhlükəsi səbəbindən müştərilərin və milli viza üçün müraciətlərin qəbulu dayandırılır.
-
18.03.202011 mart 2020-ci il tarixində Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və İnzibati Potensialının Gücləndirilməsi ilə bağlı iki illik layihənin yekunlarına həsr olunmuş konfrans keçirildi. Polşa Respublikasının Bakıdakı Səfiri Cənab R. Poborski iştirakçıları uğurları münasibətilə təbrik etdi və hər iki ölkənin nəzarət orqanlarının bir-biri ilə fəal əməkdaşlığını davam etdirəcəyinə ümidvar olduğunu bildirdi.
-
04.03.20202 mart 2020-ci ildə Polşa Respublikasının Bakıdakı Səfiri Cənab Rafal Poborski tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri, Cənab İlham Əliyevə etimadnamələrinin təqdim edilməsi mərasimi keçirildi.
-
18.02.2020Polşa Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq və Polşa Diaspor Şöbəsi, Azərbaycan və Türkmənistan vətəndaşlarının gözlədiklərini nəzərə alaraq, Polşada işləmək və ya təhsil almaq məqsədi ilə milli vizaya viza müraciətlərini təqdim etmək üçün qeydiyyat yolunda dəyişikliklər elan edir!
-
10.02.2020Polşa Respublikası Seyminin nümayəndələri Azərbaycanda keçirilən parlament seçkilərində ATƏT tərəfindən müşahidə missiyasında iştirak etdilər.
-
06.02.20206 fevral 2020-ci il tarixində Polşanın Bakıdakı Səfiri Cənab Rafal Poborski Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Cənab Mahmud Məmməd-Quliyev ilə görüşdü.