Back

XİN- nin Polşa və Polşa diplomatiyası tarixini təbliğ edən ən yaxşı nəşrlər üçün Tarix Müsabiqəsi

28.05.2020

Xarici İşlər Naziri, Polşanın tarixini təbliğ edən ən yaxşı xarici dilli nəşr və 2019-cu ildə nəşr olunan Polşa diplomatiyası tarixinə dair Polyak dilində ən yaxşı nəşr üçün müsabiqə elan edir. Tarixçilər işlərini 31 avqust 2020-ci ilə qədər təqdim edə bilərlər.

Ambasada RP w Baku

Müsabiqəyə yalnız kitab nəşrləri, həm elmi monoqrafiya, həm də populyar-elmi nəşrlər və mənbə nəşrləri təqdim edilə bilər - hansılardakı müəlliflərin sayı üçdən çox deyil.

Polşanın tarixini təbliğ edən ən yaxşı xarici dildə nəşr kateqoriyasında Müsabiqənin qalibi üçün 10.000 AVRO pul mükafatı verilir; Polşa diplomatiya tarixinə aid kateqoriyada isə ən yaxşı nəşr qalibi üçün - 20.000 PLN.

Müsabiqədəki mükafatlar, Xarici İşlər Naziri tərəfindən, Tarix Diplomatiya Şurasının qərarı ilə verilir.

Nəşrlərin təqdim edilməsi qaydaları:

Müsabiqədə iştirak şərtləri nəşrləri 31 avqust 2020-ci ilədək göndərməkdir (poçt möhüründəki tarix həlledicidir).

Müsabiqə üçün nəşrlər 3 nüsxə şəklində, o cümlədən (əgər mümkündürsə) dərc edilmiş rəylər, fikirlər və redaktor rəyləri şəklində təqdim olunmalıdır. Kitabında elektron formada aşağıdakı ünvana göndərilməsinə icazə verilir: ddpk.sekretariat@msz.gov.pl başlıqda „Konkurs Historyczny Ministra SZ”  adı ilə.

Müraciət müəllifin və ya müəlliflərin müsabiqədə iştirak etmək üçün yazılı razılığı və əlaqə vasitələri ilə müşayiət olunmalı.

Müsabiqənin bu ilki nəşrində yalnız 2019-cu ildə nəşr olunan əsərlər yer alır.

Xahiş olunur nəşrləri bu ünvana göndərəsiniz: Xarici İşlər Nazirliyi, İctimai və Mədəni Diplomatiya İdarəsi, Al. J. Ch. Szucha 23, 00-580 Varşava; zərfdə „Konkurs Historyczny Ministra SZ” qeydi ilə; və ya Xarici İşlər Nazirliyinin Rəsmi Jurnalında, ul. Litewska tərəfdəki girişdən təqdim edə bilərsiniz, Bazar ertəsindən - Cümə gününə qədər saat 8.15-dən - 16.15-dək.

Xarici İşlər Nazirliyi müsabiqəyə təqdim edilmiş nəşrlərin surətlərini göndərmir.

Müsabiqə ilə bağlı suallar yalnız aşağıdakı ünvana göndərilməlidir: ddpk.sekretariat@msz.gov.pl  başlıqda: „Konkurs Historyczny Ministra SZ” adı ilə.

Nəşrlərin qiymətləndirilməsində əsas meyar, Polşanın xarici siyasətini həyata keçirmək baxışı nəşrin əsas dəyəri sayılacaqdır.

 

Müsabiqənin detallı qaydaları aşağıdakılardır: Xarici İşlər Nazirinin Tarix Müsabiqəsi ilə əlaqədar Xarici İşlər Nazirinin 18 iyul 2017-ci il tarixli 24 nömrəli Sərəncamı (əlavələrlə).

 

Materiały

Regulations
Zarz​_MSZ​_24​_2017.pdf 0.35MB
Conditions for participation
Regulamin​_konkursu​_ENG.docx 0.03MB
{"register":{"columns":[]}}