Xəbərlər
-
11.11.2020102 il əvvəl, 11 noyabr 1918-ci ildə Polşa müstəqilliyini bərpa etdi. Magdeburg qalasından azad edilən Józef Piłsudski (Yuzef Pilsudski), üç günlük mülki hakimiyyətdən sonra hərbi gücünü Tənzimləmə Şurasından aldı və nəhayət "Polşa Ordusunun Baş Komandanı olaraq [...] bitərəf həmçinin döyüşən hökumətlərə və millətlərə" dünya xəritəsinə "Polşanın Yenidən Bərpasını və Müstəqil Respublikanın" geri dönməsini bildirdi. 123 il sonra Polşa beynəlxalq aləmdə öz subyektivliyini bərpa edərək suveren bir dövlət halına gəldi.
-
23.10.2020Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 75-ci ildönümü münasibətilə XİN, BMT Həftəsi bayrağı altında bir sıra ekspert panelləri və məlumatlandırma həmçinin təşviqat kampaniyası təşkil etdi.
-
09.09.2020Polşa Respublikasının Azərbaycandakı Səfiri Cənab Rafal Poborski dünən Azərbaycan Respublikasının Xarici İşlər Naziri Cənab Ceyhun Bayramov tərəfindən qəbul edildi. Danışıqlarda Polşa-Azərbaycan ikitərəfli münasibətlər və beynəlxalq məsələlər müzakirə edildi.
-
15.08.202015 avqust 2020-ci ildə Polşa, Avropa və dünya tarixində həlledici hadisələrdən biri olan Polşa-Bolşevik müharibəsinin 1919-1920-ci illərin kulminasiya nöqtəsi olan Varşava Döyüşünün yüz illiyini təntənəli şəkildə qeyd edirik.
-
01.07.2020İyulun 1-də Polşa 2021-ci il iyunun 30-dək davam edəcək Vişeqrad Qrupunun sədrliyinə başlamışdır. Hazırki Sədrlik "Yolumuza qayıdış" („Back on track”) şüarı altında çalışacaq.
-
26.06.2020- Bu gün şəxsi qoruyucu vasitələri Bakıya göndəririk. Bu, Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrdəki tərəfdaşlarımız üçün həmrəylik yardımı aksiyasının davamıdır - Wroclaw hava limanında PR Xarici İşlər Nazirinin müavini Paweł Jabłoński bildirdi.
-
28.05.2020Xarici İşlər Naziri, Polşanın tarixini təbliğ edən ən yaxşı xarici dilli nəşr və 2019-cu ildə nəşr olunan Polşa diplomatiyası tarixinə dair Polyak dilində ən yaxşı nəşr üçün müsabiqə elan edir. Tarixçilər işlərini 31 avqust 2020-ci ilə qədər təqdim edə bilərlər.
-
22.05.2020Beynəlxalq Vişeqrad Fondunun (BVF) Azərbaycan Respublikasındakı Əlaqələndirici Səfirliyi olaraq, Çexiya Respublikasının Səfirliyi BVF-nin V4 Şərq Həmrəyliyi Proqramı çərçivəsində təkliflər qəbulunun başladığını elan etməkdən şərəf duyur. Proqramın məqsədi, COVID-19 pandemiyasının təsirinə məruz qalan Şərq Tərəfdaşlığı ölkələrində vətəndaşların həssas qruplarının sağlamlığının, sosial və iqtisadi dayanıqlığının praktiki möhkəmləndirilməsinə yönəlmiş yardım göstərməkdədir.
-
22.05.2020