In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.

Milli vizası üçün müraciət etmək istəyirəm (D növü)

Harada edəcəksən?

Ərizəni Polşa Respublikasının ərazi üzrə səlahiyyətli Konsulluq Şöbəsinə təqdim etməlisiniz.

Ünvan: AZ-1000, Bakı, Kiçik Qala küç. 2, İçəri Şəhər

Telefon: +994 12 505 53 60

Email: baku.amb.wk@msz.gov.pl

İş saatlari: bazar ertəsi – cümə 9:30 – 13:00

Sənədləri şəxsən təqdim etməlisiniz?

Viza müraciətini şəxsən təqdim etməlisiniz. Diplomatik nümayəndəlik faks, məktub və ya elektron poçtla göndərilən müraciətləri qəbul etmir.

Görüş necə olur?

Viza müraciəti üçün e-konsulat sistemində görüş təyin edin.
Unutmayın ki, planlaşdırılmış səfərin başlama tarixindən iki həftədən gec olmayaraq viza üçün müraciət etməlisiniz.

DİQQƏT – Qeydiyyatdan keçərkən təqdim olunacaq sənədlərdə olan tam və dəqiq məlumatları qeyd edin. Müraciətə daxil edilmiş məlumatlar mövcud sənədlərdəki məlumatlara (həmçinin orfoqrafik cəhətdən) uyğun olmadlıdır. 
 

İş üçün milli viza almaq istəyən şəxslər qəbul gününü yalnız e-konsulat sistemi vasitəsi ilə təyin etmələri xahiş olunur.   

Milli iş vizası müraciətinə gün təyin etmək üçün:

  • https://secure2.e-konsulat.gov.pl/  səhifəsinə daxil olun  
  • MENU bölməsində “Milli Viza forması-qeydiyyatdan keç” seçin və daha sonra iş məqsədi və ya ayrı viza məqsədi üçün müraciət etdiyinizi həmçinin müraciət qaydalarını qəbul edib etmədiyinizi təsdiqləyin:
    • "Milli viza - iş" seçdiyinizdə, əsas məlumatlarınızı və Polşada işləməyə icazə verən sənədin detallarını ehtiva edən ilkin viza müraciətini doldurun. Qeyd olunan məlumatlar doğru olduqda, viza müraciətini tam doldurmaq üçün elektron məktub vasitəsi ilə keçid üçün LİNK alacaqsınız. Müraciət formasının tam doldurulmasına müraciətçiyə 48 saat vaxt verilir. Müraciət forması doldurulduqdan sonra, onu yaddaşda saxlayın və çap edin. Yoxlanış zamanı qeyd etdiyiniz məlumatlar doğru olmadıqda və ya 48 saat ərzində müraciət forması tam doldurulmadığı halda qeydiyyat ləğv olunur;
    • “Milli viza- Digər” bölməsini seçdiyiniz halda, qəbul tarixini seçin, viza müraciətini doldurun, yaddaşda saxlayın və çap edin;
  • Müraciət edənlərin sayı ayrılan yerlərdən çox olduqda, qəbul üçün tarixlərin təyin edilməsi təsadüfü elektron seçilmə yolu ilə həyata keçiriləcək,
  • Müraciəti doldurmaq üçün tələb olunan məlumatlar, təsdiqlər və linklər avtomatik olaraq qeyd etdiyiniz elektron ünvana elektron poçtla göndərilir.

Viza müraciəti üçün qəbul tarixləri hər şənbə günü e-konsulat sistemi vasitəsi ilə müəyyən edilir. Konsulluq əməkdaşlarının qəbul tarixlərinin  verilməsi prosesinə müdaxilə etmələri mümkünsüzdür.

Təsadüfü elektron seçilmədən sonra nəticələr haqqında məlumatlar alacaqsınız:

  • Müraciətiniz qeydiyyata alındığı halda qəbulun tarixi haqqında məlumat alacaqsınız,
  • Müraciətiniz həmin mərhələdə mövcud olan qəbul üçün təqdim edilmiş yerlərə qeydiyyata alınmadığı halda, müraciətiniz növbəti elektron təsadüfi seçmə mərhələsinə keçir.
Hansı sənədləri təqdim etməlisiniz?
  1. e-konsulat sistemində doldurulmuş, çap edilmiş və imzalanmış viza müraciət ərizəsi;

  2. 3.5 x 4.5 sm ölçülü rəngli fotoşəkil. Şəkil olmalıdır:

    • kəskin, ağ fonda hazırlanmış və yüksək keyfiyyətli kağız üzərində çap olunmalıdır

    • 6 aydan yuxarı olmayan,

    • Düz qabağa çəkilərək, başın yuxarısından yuxarı çiyinlərə qədər hər iki tərəfdən gözləri və üzü açıq şəkildə göstərməlidi, üz fotoşəklin 70-80%-ni əhatə etməlidir. Şəkil üçün baş örtüyü çıxarılmalıdır.

  3. Son on ildə verilmiş pasport, planlaşdırılan geri dönüş günündən ən azı 3 ay müddətində etibarlı olmalıdır, vizalar üçün minimum 2 boş səhifə olmalıdır.  

  4. Şəxsi məlumatları və fotoşəkili olan pasport səhifələrinin sürəti.

  5. Milli vizanın alınması məqsədi ilə müraciət edən şəxs 27 sentyabr 2004-cü il tarixli Qanunun maddə 25, ab. 1 bənd 2 “a” uyğun olan səyahət tibbi sığortanı və ya dövlət büdcəsindən maliyələşdirilən səhiyyə xidmətlərinin göstərilməsinə dair səhiyyə sığortasının mövcudluğunu təsdiq edən sənədi şəxsən təqdim etməlidir. Səyahət tibbi sığortası ən azı 30 000 avro həcmində olmalı və Sığortalanan şəxsi Polşa Respublikası ərazisində olduğu müddət ərzində qüvvədə olmalıdır. Eyni zamanda bu ərazidə tibbi göstərişlərə əsasən mütləq şəkildə vətəndaş olduğu ölkəyə qayıtması, təxirəsalınmaz tibbi yardımın göstərilməsi, təcili xəstəxanaya yerləşdirilməsi tələb olunduqda və ya ölüm səbəbindən baş verə biləcək bütün hallarda sığorta etməlidir həmçinin, Sığortaçı bu hallarda sığortalıya göstərilən tibbi xidmətlərə görə həmin təşkilat tərəfindən verilmiş faktura əsasında ödəməyi öhdəsinə götürməlidir.

    Ətraflı məlumat üçün: https://www.gov.pl/web/dyplomacja/wizy - “Əcnəbilər haqqında” 12 dekabr 2013-cü il tarixli Qanun maddə 25 ab. 1 bənd 2”a” və ab. 1”b” –də sözügedən qaydalara uyğun Sığortaçılar tərəfindən təklif olunan sığortalar haqqında Xarici İşlər Nazirinin Məlumatı” bölümündə tapa bilərsiniz.

  6. Viza almaq üçün müraciət etdiyiniz Konsulluq olan ölkədə qanuni yaşayış yerini təsdiqləyən şəxsiyyət sənədinin surəti.

  7. Konsulluq Şöbəsi tərəfindən müəyyən edilmiş formada maliyyə təminatını təsdiq edən sənəd.

  8. Yaşayış yerini təsdiq edən sənəd (məsələn, rəsmi dəvətnamə və ya otel rezervasiyası).

  9. Polşa Respublikası ərazisində olmağın məqsədini təsdiq edən sənədlər.

 

Bundan əlavə, yetkinlik yaşına çatmayan şəxslərin viza müraciət ərizəsinə aşağıdakı sənədləri əlavə edin:

  • Viza ərizəsini təqdim etmək üçün valideynin/valideynlərin yazılı, notarial qaydada təsdiq edilmiş razılığı. Yalnız, bir qəyyum varsa, doğum haqqında şəhadətnamə, digər valideynin müstəsna valideyn səlahiyyətini verən məhkəmə qərarı və ya digər valideynin ölüm haqqında şəhadətnaməsini təqdim edin.

  • Valideynlərin pasportları - əsli və surəti.

  • Doğum haqqında şəhadətnamə - əsli və surəti.

Uşaq valideynin və ya qanuni qəyyumun pasportuna daxil edilibsə - ayrıca viza müraciət ərizəsini təqdim edin. Viza valideynin və ya qanuni qəyyumun pasportuna yapışdırılacaq.

 

Unutmayın:

  • Konsulluq şöbəsi daimi yaşayış yerinizi əhatə edən diplomatik nümayəndəlikdə viza üçün müraciət etməlisiniz.

  • Bir qayda olaraq, yuxarıda göstərilən sənədlər qərar vermək üçün kifayətdir, lakin konsul əlavə sənəd tələb edə bilər.

  • Konsul viza ərizəçini görüş üçün dəvət etmək hüququna malikdir, lakin məcburiyyətində deyil.

  • D tipli vizaları, 180 gün ərzində istənilən Şengen ölkələrində 90 gün qalmaq imkanı verir. Bu, Şengen bölgəsində qanuni olaraq yalnız son 180 gün ərzində 90 gündən çox olmadıqda qala biləcəyiniz deməkdir.

  • D tipli viza, maksimum bir illik etibarlıq müddətinə verilə bilər.

  • Unutmayın ki, viza Polşaya giriş zəmanətini vermir – son qərar həmişə Sərhəd Mühafizəsi tərəfindən verilir.

Nə qədər ödəyəcəksiniz?

Viza müraciətin baxılması üçün ödəniş 80 avro təşkil edir.

Aşağıdakı şəxslər viza müraciətin baxılması üçün rüsumun ödənişindən azad olunurlar:

• Polyak Kartı sahibləri

• Aİ vətəndaşlarının ailə üzvləri:

   - Aİ vətəndaşının həyat yoldaşı;

   - Aİ vətəndaşı və ya 21 yaşına qədər həyat yoldaşı, və ya Aİ vətəndaşı və ya həyat yoldaşından asılı olan Aİ-nın vətəndaşı.

   - Aİ vətəndaşı və ya 21 yaşına qədər həyat yoldaşı, və ya Aİ vətəndaşı və ya həyat yoldaşından asılı olan Aİ-nın vətəndaşı olan varis.

• Polşa Respublikası vətəndaşlarının ailə üzvləri:

   - Polşa Respublikası vətəndaşının həyat yoldaşı;

   - Yetkinlik yaşına çatmış Polşa Respublikasının vətəndaşının varisi və ya Polşa Respublikasının vətəndaşının  həyat yoldaşının varisi , və ya Polşa Respublikasının vətəndaşı və ya həyat yoldaşından asılı olan varis.

   - Polşa Respublikasının vətəndaşından və ya həyat yoldaşından asılı olan Aİ-nın vətəndaşı.

 

Ödəniş müraciət zamanı yalnız nağd şəkilində və avro ilə qəbul olunur.

Viza müraciəti üçün ödəniş Konsulun qərarından asılı olmayaraq geri qaytarılmır.

Hazırlanma vaxtı?

Vizanın verilməsi barədə qərar ödəniş tarixindən etibarən 15 iş günü ərzində verilir. Sənədləri ətraflı yoxlamaq lazımdırsa, müraciətə baxılması 30 günə qədər uzadıla bilər. 

Sənədləri necə alacaqsınız?

Qərarınızı, sənədlərinizi təqdim etdikdən sonra aldığınız qəbzin üzərində göstərilən gündə 14:00-15:00 arası Konsulluq Şöbəsində alacaqsınız.

Siz necə birdaha müraciət edə bilərsiniz?

Konsulun qərarı ilə razı deyilsinizsə, viza müraciətinə yenidən baxılması üçün müraciət etmək hüququnuz var. Viza qərarı verən şöbəyə onu qəbul etdikdən 14 gün ərzində təqdim etməlisiniz.Belə bir ərizənin verilməsi üçün ödəniş 80 avro təşkil edir. Yenidən baxılma üçün müraciətlər, bazar ertəsindən cümə gününə qədər saat 13:00-dan 14:00-dək qəbul olunurlar. Bunun üçün qeydiyyatdan keçmək lazım deyil.

Bakıdakı Konsulluq və Polşa Diasporası Departamenti şəxsin növbəti qəbul günü vaxtında müraciət edə biləcəyi təqdirdə, müəyyən tarixdə ərizə qəbulunu dayandırma hüququnu özündə saxlayır.

Tez-tez verilən suallar

İşləməyə gedirəmsə, hansı sənədləri əlavə etməliyəm?

- Polşada planlaşdırılan bütün müddəti əhatə edən sığorta. Bu LİNK-də sığortaçı haqqında ətraflı məlumat tapa bilərsiniz.

- Peşə təcrübəsini təsdiq edən sənədlər

- Polşada bir əcnəbi üçün iş icazəsi (Polşa universitetlərini bitirənlər istisna olmaqla, bu halda sadəcə diplom tələb olunur)

 

İki tərəfli bilet rezervasiyasını təqdim etmək lazımdır?

Milli vizalar üçün bir tərəfli bilet rezervasiyasını təqdim etməlisiniz.

 

Viza müraciət ərizəsini təqdim edərkən iş icazəsinin əslinidə təqdim etməliyəm?

Bəli.

 

Bank köçürməsi ilə və ya müraciətin baxılması üçün avrodan başqa hər hansısa bir valyutada ödəyə bilərəmmi?

Yox.

 

Təhsil almağa gedirəmsə, hansı sənədləri əlavə etməliyəm?

- Polşada bütün planlaşdırılan qalacaq müddət üçün sığorta

- Ali təhsil nazirinin, doktorantura proqramında oxumağa və ya oxumağa qəbul olması haqqında, əcnəbinin əyani təhsil almağa qəbul olmasına və ya doktoranturada əyyani təhsil almasına və ya oxumağa davam etməsinə dair 09.09.2013 tarixli əmrinə əsasən universitetdən arayış

- yaşayış haqqında məlumat

- əvvəlki təhsili təsdiq edən sənədlər

- maliyyə vəsaiti haqqında sənədlər (sponsorluq ərizəsi, sponsorun qazancı barədə məlumat, hesabdan çıxarış və ya öz hesabında pulun olması haqqında bankdan arayış)

- təhsil haqqının ödənilməsini təsdiq edən sənəd

 

Universitetə qəbul haqqında və ya təhsilin davamı ilə bağlı nə formatda olmalıdır?

- Universitetə qəbul haqqında sənədi  aktual bu linkdən tapa bilərsiniz.

 

Polşa Respublikasının ərazisində təhsilin başlanması və ya davam etməsi məqsədi ilə vizaya müraciət edib və imtina alanlar üçün təhsil ödənişinin geri alınması qaydaları haqqında məlumat.

Dövlət universitetləri tərəfindən təhsil xidmətləri üçün ödənişlərin alınması şərtləri 20 iyul 2018-ci il tarixli "Ali təhsil və elm haqqında" qanundan, qeyri-dövlət universitetlərində isə bu universitetlərin daxili qaydalarından irəli gəlir.

Ali təhsil müəssisələrinə qəbul olunan şəxslər təhsil müəssisələri ilə müqavilə bağlayır. Müqavilədə qəbul qaydaları, tədrisin gedişatı, həmçinin təhsil haqqının məbləği, ödənişi və ödənişin geri alınması qaydaları detallı izah olunur. Namizədlər bu sənədlər ilə diqqətlə tanış olmalı və ələlxsus da təhsil haqqının geri qaytarılması qaydalarına diqqət yetirməlidirlər. 

Kompensasiya məsələləri birbaşa tələbələrlə təhsil müəssisələri arasında həll olunur. Polşa Respublikasının Xarici İşlər Nazirliyi, Polşa Respublikasının Səfirlikləri, habelə Polşa Respublikasının konsulluğu tələbə ilə universitet arasındakı münasibətlərdə vasitəçilik etmirlər və tələbə vizasından imtina qərarını almış tələbələrə təhsil haqqının geri qaytarılmasında  hüquqi əsaslara malik deyirlər.

Təhsil müəssisəsi tələbə ilə bağlanmış razılaşmaya əməl etmədikdə, xüsusən də razılaşmada nəzərdə tutulmuş təhsil haqqını geri qaytarmağdan imtina etdikdə, təhsil haqqı ilə bağlı iddialara yalnız mülki məcəllə əsasında icra edilə bilər.

 

Zdjęcia (1)

{"register":{"columns":[]}}